• Bakı 18° C

    2.12 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Qrimm qardaşlarının yoxa çıxan 27 kitabı tapılıb
DÜNYA
01 May 2024 | 05:56

Qrimm qardaşlarının yoxa çıxan 27 kitabı tapılıb

Poznandakı Polşa Adam Mitskeviç Universitetinin kitabxanasında Yakob və Vilhelm Qrimm qardaşlarının şəxsi kolleksiyasından əlyazma qeydləri olan 27 orijinal cild tapılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Qrimmlərin kitabxanasından İkinci Dünya müharibəsi zamanı itmiş hesab edilən cildlərin axtarışı altı aya yaxın davam edib. Tapılan kitablarda elm adamlarına qardaşların “Hansel və Qretel” və “Rumpelstiltskin” kimi hekayələr üçün mövzuları necə seçdiklərini izah edə biləcək əlyazma qeydləri var.

Tədqiqatçılar bildiriblər ki, bu qeydlər Qrimm qardaşlarının irsini araşdırmaq üçün dəyərlidir, çünki onların iş metodu və mövzu seçimi haqqında məlumat verə bilər.(Oxu.az)


SON XƏBƏRLƏR