• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakıda çay evində QANLI DAVA: ölən və yaralananlar var
HADİSƏ
27 Noyabr 2026 | 15:52

Bakıda çay evində QANLI DAVA: ölən və yaralananlar var

Bakıda qətl hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu gün Sabunçu rayonu ərazisində baş verib.

Rayon ərazisindəki çay evlərinin birində yaranan mübahisə zamanı 20 yaşlı Həşimov Sabit Sadiq oğlu və Nural Bünyadlı bir-birini bıçaqlayıb. Nəticədə ağır xəsarətlər alan Sabit Həşimov ölüb.

Məlumata görə, hadisə zamanı onları aralamaq istəyən daha bir nəfər də bıçaq xəsarətləri alıb. Həmin şəxs və N. Bünyadlı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR