• Bakı 26° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Bakıda məşhur körpüdə nəhəng çat yaranıb? - VİDEO
CƏMİYYƏT
01 Iyul 2025 | 22:09

Bakıda məşhur körpüdə nəhəng çat yaranıb? - VİDEO

Bakıda ən çox istifadə olunan körpülərdən birində təhlükəli vəziyyət yaranması haqda məlumat yayılıb. 

Bakıvaxtı,az-ın məlumatına görə, Baku.ws-ə daxil olan videoda bildirilib ki, metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən və "Koroğlu körpüsü" kimi tanınan körpüdə iri çatlar əmələ gəlib.

Oradakı vəziyyətin avtomobillər üçün kifayət qədər təhlükəli olması, hər hansı xırda hərəkətliliyin ağır nəticələrə səbəb ola biləcəyi qeyd edilib. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: "Bu aşırım qurğusunun konsol dayağa oturacaq hissəsində dayaqla aşırım qurğusu arasındakı deformasiya tikişidir (tempratur şovu). Çat deyil, belə olmalıdır".


SON XƏBƏRLƏR

01 Iyul 2025