• Bakı 15° C

    9.19 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Bu gün vəfat edən Tağı Əhmədovun DOSYESİ
CƏMİYYƏT
18 Oktyabr 2024 | 22:20

Bu gün vəfat edən Tağı Əhmədovun DOSYESİ

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədov bu gün 75 yaşında vəfat edib. 

Tağı Əhmədov son illərdə yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkib. Tağı Əhmədov uzun illər "Bakı Metropoliteni" QSC-nin rəisi vəzifəsində çalışıb. 

Bakıvaxtı.az musavat.com-a istinadla Tağı Əhmədovun dosyesini təqdim edir: 

Tağı Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

O, 1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994-cü illərdə "Bakı Metropoliteni"nin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib.

O, 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır. Texnika elmləri namizədidir.

Tağı Əhmədov 1998-2014-cü illərdə "Bakı Metropoliteni"nin rəisi vəzifəsində çalışıb. "Tunellərin zəlzələyə davamlılığı" mövzusunda tədqiqat işi aparıb. 

Təltifləri

O, "Fəxri Dəmiryolçu", "Bakı meropoliteni veteranı" döş nişanları, "Şöhrət ordeni" və "Azərbaycan Resbulikasının Əməkdar mühəndisi" fəxri adı və nişanı ilə təltif edilib.

2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Bakı metropolitenini dünya standartlarına çatdırılması sahəsində xidmətlərə görə "Qızıl Buta" müstəqil milli mükafatına layiq görülüb. 2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub. 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub. 

Kitabları

Tağı Sadiq - poetik ruhu.
Tağı Sadiq - rübailər
"Bir ömrün işığı"


SON XƏBƏRLƏR

18 Oktyabr 2024