• Bakı 29° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

 Çinin ixracı 5,8%, idxalı isə 1,1% artıb
İQTİSADİYYAT
14 Iyul 2025 | 12:35

 Çinin ixracı 5,8%, idxalı isə 1,1% artıb

 İyunda Çin ixracının həcmi illik müqayisədə 5,8% artaraq 325,2 milyard dollar təşkil edib ki, bu, son dörd ayın ən yüksək səviyyəsidir.

Bakıvaxtı.az "Trading Economics"ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin hesabatında məlumat verilib.

Hesabata görə, idxal isə 1,1% artaraq 210,4 milyard dollara çatıb.

Bundan başqa, nadir torpaq metallarının xaricə daşınması 60% artaraq 7742 tona çatıb ki, bu da 2009-cu ildən bəri ən yüksək həcmdir. 

Kənd təsərrüfatı məhsullarının tədarükü 1 faiz, toxuculuq 1,8 faiz, gübrələrin tədarükü 25,9 faiz artıb. Yaponiyaya ixrac 4,8%, Böyük Britaniyaya 8%, ASEAN ölkələrinə isə 13% artıb. Eyni zamanda, ABŞ-yə tədarüklər 10,9% azalıb.

Ümumilikdə Çinin xarici ticarət profisiti 2024-cü ilin eyni ayındaki 98,94 milyard dollardan iyunda 114,77 milyard dollara yüksəlib.

Gülşən Şərif


SON XƏBƏRLƏR