Bir müddətdir xərçəng müalicəsi alan Türkiyənin məşhur idman şərhçisi Sabri Uqan 62 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, Uqan “Medicana Zincirlikuyu” Xəstəxanasında dünyasını dəyişib.
Bir müddət əvvəl onun dünyasını dəyişdiyi haqda xəbərlər yayılsa da, o, xəbəri təkzib etmişdi.
Uqan iyunun 17-də sosial media hesabında xərçəngdən müalicə aldığını açıqlamışdı.
Qeyd edək ki, Sabri Uqan xüsusilə UEFA Çempionlar Liqası “Star” TV-də yayımlanan zamanlarda səsləndirdiyi matç şərhləri ilə futbolsevərlərin yaddaşına həkk olunub.
Onun şərh etdiyi matçların birindən epizod təqdim edirik: