• Bakı 28° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Döyüşlər gedir, ruslar bu məntəqəni işğal edə bilmir
DÜNYA
03 Avqust 2025 | 09:09

Döyüşlər gedir, ruslar bu məntəqəni işğal edə bilmir

Rus işğalçı qüvvələri bütün cəhdlərə baxmayaraq, Zaporojye vilayətinin Kamenskoye yaşayış məntəqəsində möhkəmlənmək iqtidarında deyil.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukraynanın Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Vladislav Voloşin deyib.

O qeyd edib ki, rus hərbçiləri Ukrayna bölmələrini yaşayış məntəqəsindən sıxışdırıb çıxarmağa çalışır, lakin buna nail ola bilmir.

Onun sözlərinə görə, Ukraynanın mövqeləri Kamenskoyenin şimal və şimal-şərq kənarlarında qalmaqda davam edir:

“Biz bu qəsəbəyə girən bütün bu qrupları məhv etməyə çalışırıq. Orada döyüşlər davam edir. Biz düşməni bu qəsəbədən geri sıxışdırmağa çalışırıq".


SON XƏBƏRLƏR

03 Avqust 2025
02 Avqust 2025