• Bakı 18° C

    12.79 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Ərdoğan Pakistan xarici işlər nazirini qəbul etdi
DÜNYA
21 Iyun 2025 | 18:24

Ərdoğan Pakistan xarici işlər nazirini qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ölkədə səfərdə olan Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və Pakistan Quru Qoşunları Komandanı Asim Muniri qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan qəbul zamanı bildirib ki, Türkiyə ilə Pakistan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının münasibətlərə qazandırdığı dinamika məmnunluq doğurur və qəbul edilən qərarların həyata keçirilməsi üçün işlər davam etdirilir.

Dövlət başçısı İsrailin İrana qarşı hücumlarının yaratdığı risklərin İranla qonşu olan Türkiyə və Pakistanı da təsirləndirəcək səviyyədə olduğunu vurğulayıb. Əlavə edib ki, ABŞ və İran arasında nüvə mübahisəsini həll etməyin yeganə yolu diplomatik danışıqların yenidən canlandırılmasıdır.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə bölgədə sabitliyi yenidən təmin etmək və diplomatik yollarla həll tapmaq üçün səylərini davam etdirəcək.


SON XƏBƏRLƏR