Ermənistanın keçmiş hərbi sənaye komitəsinin sədrinə qarşı mənimsəmə ittihamı ilə cinayət işi açılıb.
Bakıvaxtı.az erməni KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.
Yüksək texnologiyalar nazirliyinin keçmiş məmuru 360 milyon dram (təxminən 928 min dollar) məbləğində işlərin görülməsi üçün müqavilələr bağlayıb, halbuki bunlara obyektiv ehtiyac olmayıb.
Vəzifəli şəxsə Ermənistan Cinayət Məcəlləsinin səlahiyyətləri aşma maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq başa çatıb, materiallar məhkəməyə göndərilməsi üçün prokurora təqdim edilib.
KİV-in məlumatına görə, söhbət 2018-2020-ci illərdə hərbi sənaye komitəsinə rəhbərlik etmiş Avetik Kerbyandan gedir.