• Bakı 23° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Estoniya Ukraynaya 510 min avrodan çox vəsait ayırdı
DÜNYA
21 Sentyabr 2024 | 12:35

Estoniya Ukraynaya 510 min avrodan çox vəsait ayırdı

Estoniya Rusiyanın ölkənin enerji infrastrukturunun təxminən 80 faizini məhv etməsindən sonra Ukraynanın qışa hazırlaşması üçün 510 min avrodan çox vəsait ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ERR” məlumat yayıb.

    Xarici İşlər Nazirliyi Ukraynada fəaliyyət göstərən strateji humanitar yardım tərəfdaşları Mondo və Estoniya Qaçqınlar Şurasına 513 660 avro verib.

    Mondo və Estoniya Qaçqınlar Şurasına ayrılan vəsaitlərlə onlar Xarkovda məcburi köçkünlər üçün sığınacaqların təmiri və izolyasiyası, Xarkov və Dnepropetrovsk vilayətlərindəki 17 sığınacağı istilik cihazları ilə təmin edilməsi eyni zamanda Gürcüstandakı ukraynalı qaçqınların qış xərclərini ödənilməsin təmin edəcəklər.

    “Bu ilin əvvəlindən Rusiya sistematik olaraq Ukraynanın enerji infrastrukturunu məhv edib”, - Estoniyanın Ukraynadakı səfiri Anneli Kolk açıqlamasında bildirib.

    Kolk əlavə edib ki, Rusiyanın hücumları davam edərkən, Ukrayna işıqsız, istiliksiz və susuz çox çətin qışa doğru gedir.


    SON XƏBƏRLƏR

    20 Sentyabr 2024