• Bakı 25° C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Füzulidə ağır yol qəzası - üç nəfər ölüb - YENİLƏNİB
HADİSƏ
25 Iyun 2025 | 09:14

Füzulidə ağır yol qəzası - üç nəfər ölüb - YENİLƏNİB

Füzulidə baş verən ağır yol qəzasında üç nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, rayonun 6 saylı qayıdış qəsəbəsi ərazisində qeydə alınan zəncirvari qəzada "Mersedes", "KİA" və "Opel" toqquşub.

    Hadisə nəticəsində rayon sakinləri 1999-cu il təvəllüdlü Qurbanov Nicat və qardaşı, 1986-cı il təvəllüdlü Qurbanov Ceyhun Vaqif oğlu, 1999-cu il təvəllüdlü Süleymanov Elçin ölüb, Bəndalı Qəmbərov isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Yaralıya ilkin tibbi müdaxilə edildikdən sonra o paytaxtda yerləşən xəstəxanalardan birinə köçürülüb.

    Qeyd edək ki, ölənlər "Mersedes"in sürücü və sərnişinləri olub.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR