• Bakı 24° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

1167 məhkum peşə təhsilinə cəlb olunub
CƏMİYYƏT
25 Iyun 2025 | 13:00

1167 məhkum peşə təhsilinə cəlb olunub

Azərbaycanda 2024-2025-ci tədris ili üçün 1167 məhkum peşə təhsilinə cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planında qeyd olunub.

Bildirilib ki, hazırda Elm və Təhsil Nazirliyinin tabeliyində 76 peşə təhsili müəssisəsi fəaliyyət göstərir:

"Onlardan 8-i 15 cəzaçəkmə müəssisəsi üzrə təşkil edilib. Pedaqoji heyəti 88 nəfərdən ibarət olan həmin peşə təhsili müəssisələrində 2024-2025-ci tədris ili üçün 59 qrupda 20 ixtisas üzrə 1167 məhkum peşə təhsilinə cəlb olunub".


SON XƏBƏRLƏR