• Bakı 22° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

İranda keçirilən CAFA Futzal Turniri təxirə salındı
İDMAN
25 Iyun 2025 | 16:59

İranda keçirilən CAFA Futzal Turniri təxirə salındı

İranın Kiş adasında keçirilməsi planlaşdırılan CAFA futzal turniri təxirə salınıb.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, buna səbəb İsrailin İrana hücumları səbəb olub.

CAFA futzal turnirinin iyulun 8-dən 10-dək Kiş adasında keçirilməsi nəzərdə tutulsa da, başqa vaxta təxirə salınıb.

Ev sahibi dəyişdirilməyib və turnir Kiş adasında keçiriləcək.

İştirakçı komandalar arasında Özbəkistan, Əfqanıstan, Qırğızıstan və Türkmənistan var. Ermənistan və Rusiya da qonaq komanda kimi dəvət olunacaq.

Qeyd edək ki, CAFA Futsal Cup, Mərkəzi Asiya Futbol Assosiasiyasına (CAFA) üzv olan ölkələrin iştirak etdiyi Mərkəzi Asiyada beynəlxalq futzal yarışıdır.

Gülşən Şərif


SON XƏBƏRLƏR