• Bakı 23° C

    11.83 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO
CƏMİYYƏT
29 Iyun 2025 | 22:43

“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO

“Rusiya Federal təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən döyülən azərbaycanlılar xəstəxanada silahlı şəxslərin nəzarəti altında saxlanılır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu öldürülən Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Hüseynli bildirib.

O, əlavə edib ki, döyülən və reanimasiyada olan şəxslərin vəziyyəti ağırdır və onların hər hansısa bir şəxslə görüşünə Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən icazə verilmir.

Seyfəddin Hüseynli onu da bildirib ki, öldürülən qardaşlarının meyitləri üçün Rusiya tərəfindən təyin edilən saxta ekspertiza rəyi ilə razılaşmırlar və onların əsl ölüm səbəbini aydınlaşdırmaq üçün yeni rəyin təyin olunmasını tələb edirlər.

Seyfəddin Hüseynli eyni zmanda Yekaterinburqda həbs edilən azərbaycanlılar üçün keçirilən məhkəmə prosesi barədə də danışıb. Bildirib ki, bu qondarma məhkəmə prosesindən başqa bir şey ifadə etmir.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:


SON XƏBƏRLƏR

29 Iyun 2025