• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Həmin açıqca rekord qiymətə satıldı
DÜNYA
27 Noyabr 2026 | 16:24

Həmin açıqca rekord qiymətə satıldı

“Titanik” gəmisinin baş simsiz operatoru Cek Filipsin bacısına göndərdiyi tarixi açıqca Böyük Britaniyada keçirilən hərracda 40 min funt sterlinqdən çox qiymətə satılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Açıqca Filips tərəfindən gəminin səfərə çıxmasından dörd gün əvvəl, 6 aprel 1912-ci ildə bacısı Elsiyə göndərilib. Onun üzərində Sauthempton limanında “Titanik”in təsviri yer alıb.

Filips açıqcanın arxa tərəfində bacısına təşəkkürünü bildirərək, Kouzda havanın əla olduğunu yazıb. O, səfərə çıxmazdan əvvəl yenidən məktub göndərəcəyini qeyd edib və mesajını “Hamınızı sevirəm, Cek” sözləri ilə tamamlayıb.

Açıqcaya marağın artmasının səbəblərindən biri də üzərindəki “Cek” imzasıdır. Bu ad Ceyms Kameronun məşhur “Titanik” filmindəki baş qəhrəmanın adı ilə üst-üstə düşür.

Hərracda alıcı açıqca üçün 32 min funt sterlinq ödəyib. Vergilər və digər rüsumlar əlavə olunduqdan sonra onun yekun qiyməti 40 min funt sterlinqi ötüb.

Henry Aldridge and Son hərrac evi açıqcanın vəziyyətini çox yaxşı qiymətləndirib. Bununla belə, sənəddə yüngül çirklənmə və rəng dəyişiklikləri müşahidə olunur. 

Murad İsmayıl 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR