Azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət işləri üzrə rəsmi Bakıda hansısa hüquqi yardım istənilməyib:
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, azərbaycanlıların işgəncəyə məruz qalmasına 2001, 2010 və 2011-ci ildəki hadisələr səbəb göstərilib:
"Söhbət üç cinayət işindən - ölümə cəhd hadisəsi və digər hadisələrlə bağlıdır. Həmin hadisələrin heç biri üzrə Azərbaycanın hüquq-mühafizə orqanlarına hər hansı hüquqi yardım üçün müraciət olunmayıb".