• Bakı 29° C

    8.93 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Hindistanın vitse-prezidenti istefa verdi
DÜNYA
22 Iyul 2025 | 00:20

Hindistanın vitse-prezidenti istefa verdi

Hindistanın vitse-prezidenti Caqdip Dhankhar istefa verib. 

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, mətbuat xidməti vasitəsilə məlumat yayıb.

"Sağlamlığımı prioritetləşdirmək və həkimlərin tövsiyələrinə əməl etmək üçün mən dərhal Hindistanın vitse-prezidenti vəzifəsindən istefa verirəm" deyən Dhankhar prezidentə, baş nazirə, parlamentə və Nazirlər Kabinetinə birgə fəaliyyətlərinə görə təşəkkürünü bildirib.

Dhankharın avqustda 74 yaşı tamam olacaq. O, 2022-ci ilin avqustunda vitse-prezident vəzifəsinə başlayıb. Siyasətçi bu yaxınlarda Dehlidəki Hindistan Tibb Elmləri İnstitutunda angioplastika əməliyyatı keçirib.

Vitse-prezident vəzifəsi Hindistan prezidentindən sonra ikinci ən yüksək konstitusiya vəzifəsidir. Vitse-prezident eyni zamanda parlamentin yuxarı palatasının sədri vəzifəsini də icra edir


SON XƏBƏRLƏR

21 Iyul 2025