• Bakı 27° C

    10.43 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Qarpızı kəsmədən əvvəl mütləq bunu edin – Zəhərlənə bilərsiniz

CƏMİYYƏT

22 Iyul 2025 | 08:55

Qarpızı kəsmədən əvvəl mütləq bunu edin – Zəhərlənə bilərsiniz

Yayın sevilən və təravətləndirici meyvəsi olan qarpız düzgün yuyulmadan istehlak edildikdə ciddi qida zəhərlənməsinə səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, qastroenteroloq Prof. Dr. Vedat Göral xəbərdarlıq edir: qarpızın xarici qabığında daşınma, satış və saxlanma zamanı müxtəlif bakteriyalar toplanır. Əgər meyvə kəsilməzdən əvvəl sabun və isti su ilə yuyulmazsa, bıçaqla birlikdə bu bakteriyalar meyvənin içərisinə keçə bilər.

Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, kəsilmiş qarpız otaq temperaturunda 2 saatdan çox saxlanmamalı, açıq havada isə bu müddət maksimum 1 saat olmalıdır. Əks halda, bakteriyalar sürətlə çoxalaraq sağlamlıq üçün təhlükəli vəziyyət yarada bilər.

Yadda saxlayın:

Qarpızı kəsməzdən əvvəl sabun və isti su ilə yuyun
Kəsildikdən sonra tez istehlak edin
Xüsusilə piknik və açıq hava şəraitində daha diqqətli olun


SON XƏBƏRLƏR