İyulun 21-də ölkə üzrə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq faktlarına görə axtarışda olan 6 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, həmin şəxslər barəsində müxtəlif məhkəmə qərarları əsasında axtarış elan olunmuşdu. Onlar müəyyən olunaraq istintaq orqanlarına təhvil verilib.
Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.