• Bakı 27° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.9769

    RUB - 2.1632

Jurnalistika ilə bağlı 5 maraqlı FAKT 

MEDİA

21 Iyul 2025 | 16:13

Jurnalistika ilə bağlı 5 maraqlı FAKT 

Jurnalistika insanlara informasiya ötürmək missiyasını daşıyan, cəmiyyətin inkişafına təsir edən mühüm peşələrdən biridir. Lakin bu sahə təkcə xəbərlə kifayətlənmir – onun tarixində və inkişaf mərhələlərində maraqlı məqamlar gizlənir.

Bu yazıda jurnalistika ilə bağlı az məlum olan beş fakt göstərilir.

Bakıvaxtı.az həmin faktları təqdim edir.

Birinci fakt ondan ibarətdir ki, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr edilən "Əkinçi" qəzeti təkcə Azərbaycanın deyil, ümumilikdə müsəlman Şərqinin ilk dünyəvi mətbu orqanlarından biri hesab olunur. Maarifçilik ideyalarını əsas tutaraq yayımlanan qəzet milli mətbuatın bünövrəsini qoyub.

İkinci maraqlı fakt jurnalistika sözünün mənşəyi ilə bağlıdır. Bu termin Latınca "diurnalis" – yəni "gündəlik" sözündən yaranıb. Bu, ilk jurnalistlərin gündəlik məlumatları toplayıb yazdıqlarını göstərir və jurnalistikanın gündəlik həyatla necə sıx bağlı olduğunu sübut edir.

Üçüncü fakt müxbir və reportyor anlayışlarının fərqlənməsi ilə bağlıdır. Hər iki peşə sahibinin əsas işi informasiya toplamaq olsa da, müxbir müəyyən sahə üzrə ixtisaslaşır və daha analitik materiallar hazırlayır, reportyor isə hadisə yerindən operativ xəbər verir. Yəni hər müxbir reportyor ola bilər, amma hər reportyor müxbir deyil.

Dördüncü fakt “sarı mətbuat” ifadəsinin mənşəyinə aiddir. Bu termin 1890-cı illərdə ABŞ-da yaranıb və həqiqətə əsaslanmayan, sensasiya xarakterli məlumatlar yayan qəzetləri ifadə edir. İfadə “Yellow Kid” adlı məşhur karikatura qəhrəmanının adından götürülüb və jurnalistikanın kommersiyaya qurban verildiyi halları tənqid etmək üçün istifadə olunub.

Beşinci fakt araşdırma jurnalistikasının tarixi ilə əlaqədardır. Amerikalı qadın jurnalist Nelli Blay 1887-ci ildə psixiatrik xəstəxanada baş verən qanunsuzluqları ifşa etmək məqsədilə özünü xəstə kimi təqdim edərək həmin müəssisəyə daxil olub. Onun bu cəsarətli araşdırması nəticəsində sistemdə islahatlar aparılıb. Bu hadisə araşdırma jurnalistikasının öncüllərindən biri kimi tarixə düşüb.

Ramal Rafaeloğlu


SON XƏBƏRLƏR