• Bakı 28° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Husilərdən gəmi hücumu: 3 heyət üzvü ölüb
SİYASƏT
11 Avqust 2026 | 14:42

Husilərdən gəmi hücumu: 3 heyət üzvü ölüb

Yəmən husiləri Bab əl-Məndəb boğazında gəmiyə hücum ediblər, hadisə nəticəsində 3 heyət üzvü ölüb.

Bakıvaxtı.az "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Yəmənin sahil mühafizəsindəki mənbələr bildirib.

Nəşr hadisənin digər təfərrüatlarını, o cümlədən gəminin hansı bayraq altında üzdüyünü qeyd etməyib.

Daha əvvəl xarici media Qırmızı dənizdə yük gəmisinə hücum edildiyi barədə məlumat yaymışdı, lakin ekipajın taleyi məlum deyildi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026