• Bakı 23° C

    2.96 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

III Dünya savaşı başladı: Bu ölkələr təhlükədədir!
DÜNYA
18 Iyun 2025 | 21:40

III Dünya savaşı başladı: Bu ölkələr təhlükədədir!

Artıq III Dünya müharibəsi başlayıb. Onun əsas əlamətləri təkcə Ukraynada və Yaxın Şərqdə gedən müharibələr deyil, həm də daha aydın olanı mövcud beynəlxalq nizamın qaydalara əsaslanan sonunun qoyulmasıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında qeyd edib.

“Köhnə beynəlxalq hüquq ciddi şəkildə zəiflədilib. Hüququ güc müəyyən edir ki, bu da dünyada çoxsaylı əsaslandırılmış hərbi münaqişələrə səbəb olacaq.

Bu yeni reallıq kiçik və zəif ölkələr üçün ciddi təhlükə yaradır və qlobal iqtisadiyyata ciddi zərbə vurur.

Çin artıq bu yeni dünyanın bir hissəsinə çevrilib və yaxın aylarda daha da fəallaşacaq. ABŞ öz mövqeyini yenidən nəzərdən keçirməli olacaq, çünki dünya cəhənnəmə gedərkən, o, sakit dayana bilməz”, - Saakaşvili bildirib.


SON XƏBƏRLƏR

18 Iyun 2025