• Bakı 17° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

İmtahanda bir nəfərdə “ağıllı” saat aşkarlanıb
CƏMİYYƏT
04 May 2025 | 14:15

İmtahanda bir nəfərdə “ağıllı” saat aşkarlanıb

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.

Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, imtahan ümumilikdə 21 şəhər və rayonda 118 binada təşkil olunub.

    İlkin məlumatlara əsasən, bir nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılacaq.


    SON XƏBƏRLƏR

    03 May 2025