ABŞ İrana zərbə endirmək qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" qəzeti Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş agenti Con Kiriakouya istinadən məlumat yayıb. Zərbə yeni həftənin əvvəlində baş verə bilər.
Ağ Evdəki mənbəyə görə, Amerika hökuməti iki düşərgəyə bölünüb. Bəziləri, o cümlədən Dövlət Katibi Marko Rubio, Pentaqon katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsi İranda hərbi əməliyyatı dəstəkləyir. Vitse-prezident C.D. Vans və Kəşfiyyat direktoru Tulsi Qabbard isə digər tərəfdədirlər və İrana zərbə endirilməsinə qarşıdırlar.
Daha əvvəl "Axios" qəzeti ABŞ-nin İran liderini və oğlunu mümkün varis kimi aradan qaldırmaq planının olduğunu bildirmişdi.
Bakı 












