"Ermənistan rəsmilərinin ötən aylarda verdikləri açıqlamalara nəzərə salsaq, görərik ki, İrəvan hökuməti real sülhdə maraqlı deyil".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq Camir Hümbətov deyib.
Analitik vurğulayıb ki, Ermənistandan gələn açıqlamalar elə açıqlama olaraq qalır və əməli addımlar atılmır:
"Praktiki həllə keçiddə İrəvan hakimiyətindən səs-səmir çıxmır. Bir müddət sonra valı arxaya fırlayıb təkrar eyni sözləri deyirlər. Azərbaycan birmənalı şəkildə Ermənistan qarşısında iki şərt qoyub və bəyan edib ki, həmin şərtlərə əməl olunmadan sülh sazişi imzalanmayacaq. Bunlardan biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qaldırılması, digəri isə ATƏT-in Minsk qrupunun ləğvi məsələsidir”.
Müsahibimiz qeyd edib ki, digər məqamlar da var. Məsələn, Bakı tələb edir ki, İrəvan şərti sərhədlərimizə doldurduğu Avropa İttifaqının "mülki missiyası"nı da bölgədən uzaqlaşdırmalıdır. İrəvan üzərinə düşəni edərsə, sülhlə bağlı əməli addım atarsa, irəliləyiş mümkündür:
“Ermənistanın israrı da əbəs və mənasızdır. Onsuz da ATƏT-in Minsk qrupu 30 il ərzində heç nəyə nail olmayıb. Daha doğrusu, münaqişənin qalması üçün əlindən gələni edib. Təbii olaraq, sual ortaya çıxır ki, Ermənistan Minsk qrupunun qalmasına niyə maraqlıdır?!"
Samir Hümbətov: İrəvan üzərinə düşəni edərsə, sülhlə bağlı əməli addım atarsa, irəliləyiş mümkündür
Politoloq bildirib ki, Ermənistan bir tərəfdən sülhdən danışıb, digər yandan sülhə zidd addımlar ata bilməz:
"Ermənistan 10 noyabr üçtərəfli bəyanatına imza atsa da, sonradan orada yer alan müddəaları icra etməkdən boyun qaçırtdı. İddia etdi ki, artıq 10 noyabr üçtərəfli bəyannaməsi qüvvədən düşmüş sayılır. Bəyannamədə mövcud olan bir çox müddəanı Azərbaycan öz gücü hesabına reallaşdırdı. İndi Ermənistan hökumətinin üzərində Konstitusiya dəyişikliyinə getməsi, referendum keçirməyi və Minsk qrupunun ləğvinə dair birgə müraciətə razılıq verməlidir. Sülh yalnız o halda mümkün olacaq. Əks təqdirdə sülhdən danışmağımız boş zaman keçirməkdir".
Aydın Baxış