Bir- neçə ildir ki, Bakı-Şamaxı -Muğanlı - İsmayıllı-Qəbələ yolunda yenidənqurma işləri aparılır. Bir müddət əvvəl yolun bir hissəsi istifadəyə verilsə də, İsmayıllı-Qəbələ yolunda hələ də təmir gedir.
Bakıvaxtı.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, həmin yolda işlərin birtərəfli aparılmasıdan ərazidə yaşayan sakinlər də şikayətlənir.
Belə ki, təmir yolun yaxınlığındakı iaşə obyektlərinə də təsir göstərib. Məlumata görə, turizm obyektlərinə gedənlər 70 faiz azalıb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, tikinti işləri tərtib olunmuş qrafikə uyğun şəkildə davam edir. Artıq layihə üzrə yolun 47 km hissəsinə asfalt örtüyü döşənib. Sökülməmiş köhnə asfalt isə 14.7 km-dir. Tikinti işlərinin aparıldığı yer isə 15 km təşkil edir.
“Bu ərazilər bütün fəsillərdə yağıntılı hesab olunur. Nəzərə almaq lazımdır ki, tikinti işləri açıq havada həyata keçirilir. İntensiv yağıntılar davam etdiyi müddətdə işlər dayandırılır”, - deyə açıqlamada bildirilib.
Daha ətraflı videomaterialda: