Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Qiymətqoyma Mərkəzinin rəisi Aleksey Şahhüseynov vəzifəsindən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, Qaynarifo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, Şahhüseynov Aleksey Teymuroviç vəzifəsindən azad edilib. Onun yerinə Məmmədova Ləman Aydın qızı təyin olunub.
Qeyd edək ki, Aleksey Şahhüseynov ötən ilin yanvar ayında sözügedən vəzifəyə əyin olunmuşdu.