• Bakı 24° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Vaşinqtonda 1 000-dən çox adam saxlanılıb
DÜNYA
25 Avqust 2025 | 22:44

Vaşinqtonda 1 000-dən çox adam saxlanılıb

 ABŞ Milli Qvardiyasının Vaşinqtona yeridilməsindən sonra hüquq-mühafizə orqanları təxminən iki həftə ərzində 1 000-dən çox adamı saxlayıb və 100-dən çox odlu silahı müsadirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Baş prokuroru Pem Bondi bildirib.

“Kolumbiya dairəsini yenidən möhtəşəm edəcəyik. 1 007 nəfər saxlanılıb, 111 odlu silah müsadirə edilib”, - onun “X” sosial şəbəkəsində yerləşdirdiyi infoqrafikada qeyd olunub.

Baş prokuror əlavə edib ki, ötən gecə paytaxtda hüquq-mühafizə orqanlarının əməkdaşlarına və Milli Qvardiya döyüşçülərinə hücumda şübhəli bilinən 86 nəfər saxlanılıb. Həmçinin ABŞ-nin terror təşkilatı kimi tanıdığı transmilli “Tren de Araqua” dəstəsinin üzvü olduğu ehtimal edilən şəxs saxlanılıb.

“The Washington Post” qəzetinin məlumatına görə, ABŞ Milli Qvardiyasının təxminən 2,2 min hərbçisi Vaşinqtonda qeyri-qanuni immiqrasiya və cinayətkarlıqla mübarizə əməliyyatlarında iştirak edir.

Xatırladaq ki, avqustun 11-də ABŞ Prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Vaşinqtona Milli Qvardiya qoşunlarının yeridildiyini elan edib.


SON XƏBƏRLƏR

25 Avqust 2025