• Bakı 24° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Şeyxülislamın doğum günüdür

CƏMİYYƏT

26 Avqust 2025 | 00:00

Şeyxülislamın doğum günüdür

Bu gün Şeyxülislam Allahşükür Paşazadənin doğum günüdür.

Bakıvaxtı.az-ın məumatına görə, Şeyxülislam Allahşükür Hümmət oğlu Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub.

Allahşükür Paşazadə orta məktəbdə oxumaqla yanaşı, yerli ruhanilərdən dini təhsil alıb. O, 1968-1970-ci illərdə Özbəkistan Respublikasının Buxara şəhərində “Mir-Ərəb” mədrəsəsində oxuyub. 1975-ci ildə isə Daşkənd İslam İnstitutunu bitirəndən sonra tam ali dini təhsilə yiyələnib.

Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib vəzifəsində çalışıb, 1978-ci ildə qurumun sədr müavini seçilib. Həmin il Paşazadə Təzəpir məscidinin axundu təyin edilib. O, 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədri, sayca 12-ci şeyxülislam təyin olunub.

1989-cu ildə SSRİ Ali Sovetinin xalq deputatı seçilən Şeyxülislam Allahşükür Paşazadə 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, 1991-ci ilə qədər isə SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü olub.

Allahşükür Paşazadənin təşəbbüsü ilə 1989-cu ildə Bakı İslam mədrəsəsi təsis ediib.  Mədrəsə 1991-ci ildən Bakı İslam Universiteti kimi fəaliyyət göstərməyə başlayıb. 

Allahşükür Paşazadə 2003-cü ildə Qafqaz müsəlmanlarının XI Qurultayında ömürlük sədr-şeyxülislam seçiib. O, 2009-cu ilin iyulunda YUNESKO yanında yaradılan din xadimlərinin Məşvərət Qrupunun üzvü seçilib. 

Şeyxülislam Allahşükür Paşazadə “Xalqlar dostluğu”, Misirin I dərəcəli “Əl elm və əməl”, Çeçen Respublikasının “Millət Qəhrəmanı”, Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Vladimir” və I dərəcəli “Sergi Rodonnejski”, Gürcüstan Respublikasının “Şərəf”, Vatikan dövlətinin “Müqəddəs Greqori”, Rusiya Federasiyasının “Dostluq”, İordaniya krallığının I dərəcəli “Kral Hüseyn” ordenləri ilə təltif olunub.


SON XƏBƏRLƏR

25 Avqust 2025