• Bakı 24° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Tramp: Rusiya-Ukrayna məsələsinin asan olacağını düşünürdüm

SİYASƏT

25 Avqust 2025 | 21:12

Tramp: Rusiya-Ukrayna məsələsinin asan olacağını düşünürdüm

 ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin dayandırılmasının daha asan olacağını gözlədiyini, lakin şəxsi münaqişələrin prosesi çətinləşdirdiyini deyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Oval kabinetdə jurnalistlərə açıqlamasında bildirib.

“Düzünü desəm, Rusiya-Ukrayna məsələsinin asan olacağını düşünürdüm, lakin məlum oldu ki, ciddi şəxsi münaqişələr var. Bu, onlardan biridir. Amma biz yekunda bunu da dayandıracağıq”, - Tramp vurğulayıb.

O həmçinin bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatları hələ müzakirə edilməyib, çünki əsas məsələ müharibənin dərhal başa çatması olaraq qalır.

ABŞ Prezidentinin sözlərinə görə, Avropa Ukraynaya mühüm təhlükəsizlik zəmanəti verməlidir, ABŞ isə yalnız bunu dəstəkləməlidir.


SON XƏBƏRLƏR

25 Avqust 2025