• Bakı 24° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

İspaniyada hoteldə 100-dən çox insan zəhərlənib
DÜNYA
25 Avqust 2025 | 23:15

İspaniyada hoteldə 100-dən çox insan zəhərlənib

 İspaniyanın Mursiya muxtar bölgəsindəki hoteldə yüzdən çox insan salmonella xəstəliyinə yoluxub.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkənlər qusma, ishal, qarın ağrısı və bəzi hallarda hərarətin yüksəlməsindən şikayətlənirlər.

Məlumata görə, kurort bölgədə baş verən salmonella epidemiyasından 100-dən çox insan zərər çəkib, lakin onlardan yalnız ikisi xəstəxanaya yerləşdirilib.

Hotelin mətbəxi dezinfeksiya üçün bağlanıb. Epidemioloji xidmətin əməkdaşları və qida təhlükəsizliyi müfəttişləri infeksiyanın dəqiq mənbəyini müəyyən etmək üçün mətbəxdən nümunələr götürürlər.


SON XƏBƏRLƏR

25 Avqust 2025