• Bakı 22° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Kreml: Yeni danışıqlar tarixi İstanbul razılaşmalarının yerinə yetirilməsindən sonra müəyyən olunacaq
DÜNYA
25 Iyun 2025 | 14:12

Kreml: Yeni danışıqlar tarixi İstanbul razılaşmalarının yerinə yetirilməsindən sonra müəyyən olunacaq

Kreml Rusiya və Ukrayna arasında növbəti danışıqların tarixinin İstanbulda əldə olunan razılaşmaların icrasından sonra müəyyən olunacağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov mövzu ilə bağlı açıqlamasında tərəflər arasında əvvəlki görüşlərin nəticələrinin hələ də qüvvədə olduğunu vurğulayıb.

"Yeni danışıqlar tarixinin müəyyən edilməsi üçün əvvəlcə İstanbul danışıqlarında əldə olunmuş razılaşmaların həyata keçirilməsi lazımdır", – deyə Peskov qeyd edib.

Kremlin sözçüsü əlavə edib ki, Moskva Ukrayna ilə sülh dialoquna açıqdır, lakin bu proses yalnız əvvəlki razılaşmaların icrası ilə mümkün ola bilər.

 

 


SON XƏBƏRLƏR