• Bakı C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Mahir Emreli ilə bağlı XOŞ XƏBƏR
İDMAN
22 Fevral 2026 | 21:33

Mahir Emreli ilə bağlı XOŞ XƏBƏR

Almaniyanın 2-ci bundesliqasında çıxış edən “Kayzerslautern” heyətində forma geyinən Azərbaycan millisinin üzvü Mahir Emreli uzunmüddətli zədədən sonra yenidən yaşıl meydanlara dönüb.

Bakıvaxtı.az xəbər verir ki, 23-cü tur çərçivəsində səfərdə “Proyssen Munster”lə qarşılaşan “Kayzerslautern”in heyətində Emreli 88-ci dəqiqədə meydana daxil olub.

O, komanda yoldaşı Naatan Skittanı əvəzləyib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda “Kayzerslautern”in qollarını Ritter (9-cu dəqiqə, penalti və 40-cı dəqiqə) və Bassett (45+1) vurub. Meydan sahiblərinin heyətində isə Hoyer 21 və 87-ci dəqiqələrdə fərqlənib./Globalinfo


SON XƏBƏRLƏR

21 Fevral 2026