• Bakı 24° C

    12.15 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Mədə xərçəngi: Nədən yaranır, necə qorunaq?
CƏMİYYƏT
22 Fevral 2023 | 14:22

Mədə xərçəngi: Nədən yaranır, necə qorunaq?

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz  mədə xərçəngi xəstəliyindən vəfat edib. Qeyd edək ki, son illər digər onkoloji xəstəliklərlə yanaşı mədə xərçəngi də xeyli artıb. Bəs mədə xərçəngi nədən yaranır və necə qoruna bilərik?

Daxili xəstəliklər uzmanı Dr. Həbib Səhratov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, digər onkoloji xəstəliklərin səbəbi məlum olmadığı kimi, mədə xərçənginin də nədən yarandığı məlum deyil. Onun sözlərinə görə, mədə xərçənginin yaranmasında qidalanma, irsi, mexaniki, kimyəvi və radisəiya faktorları göstərilir:

“Bəzən baxırsan ki, bu faktorların heç biri yoxdur, amma yenə də şəxsdə onkoloji xəstəlik var. Ona görə, bu faktorların hər birinin əsaslandırılmış səbəbləri olsa da, xəstəliyin yaranmasında tam rol oynadığını demək mümkün deyil”.

Son zamanlar onkoloji xəstəliklərdə artın müşahidə olunduğunu deyən həkim mədə xərçənginin çoxalmasında əsas səbəb kimi qidalanma faktorunu göstərir:

“Çünki son zamanlar qeyri-təbii qidalanma daha çox ön plana keçib. Yəni təbiətdə olan qida sərvətlərimizin daha çox rafinə olunmuş formada, konserv qablarda insanlara təqdim edilməsi digər onkoloji xəstəliklərlə yanaşı mədə xərçənginin də artmasında vacib rol oynayır”.

Müsahibimiz vurğulayıb ki, mədə xərçəngindən qorunmaq üçün daha çox təbii qidalanmağa üstünlük vermək lazımdır:

“Rafinə olunmuş qidalardan az istifadə etmək lazımdır. Digər tərəfdən, stress də bu xəstəliyin yaranmasında vacib rol oynayır. Stresli işlərdən uzaq durmaq lazımdır. Eyni zamanda, qidalanma, istirahət rejimi düzgün olmalıdır. Ümumi götürdükdə isə mədə xərçənginin yaranmasında əsas səbəb qidalanma faktorudur. Qorunmaq üçün sağlam qidalanma önəmlidir”.

Aytac Aslan


SON XƏBƏRLƏR