• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

NATO Rusiya sərhədlərini izləmək üçün peyk sistemi yaradacaq
DÜNYA
13 Iyun 2025 | 00:02

NATO Rusiya sərhədlərini izləmək üçün peyk sistemi yaradacaq

NATO hərbi təlimləri, hərəkətləri və döyüş əməliyyatlarını izləmək üçün yeni peyk müşahidə sistemi hazırlayır.

Bakıvaxtı.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bunu NATO Müttəfiq Qüvvələrinin Transformasiya üzrə Ali Komandanı admiral Pyer Vandıe deyib.

Qeyd olunub ki, bu sistemin Ukraynada və Rusiyanın alyansın şərq üzv ölkələri ilə sərhədlərində vəziyyətin monitorinqi üçün istifadə ediləcəyi planlaşdırılır.

Admiral bildirib ki, layihə NATO-ya geniş ərazilərə nəzarət etməyə və təlimləri, qoşunların hərəkətini və döyüş əməliyyatlarını izləməyə imkan verəcək. Texnologiya Arktikanın monitorinqi üçün də istifadə oluna bilər.


SON XƏBƏRLƏR