Qəzza Sülh Şurasının tərkibi İsrail tərəfindən razılaşdırılmayıb və onun siyasətinə ziddir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Netanyahu İsrailin xarici işlər naziri Gideon Saara bu məsələ ilə bağlı ABŞ-ın Dövlət katibi Marko Rubioya müraciət etmək barədə tapşırıq verib./Axar.az
Bakı 












