• Bakı 22° C

    7.56 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0185

Nigerdə ​​sel fəlakəti: tədris ili 1 ay gec başlayacaq
DÜNYA
21 Sentyabr 2024 | 12:24

Nigerdə ​​sel fəlakəti: tədris ili 1 ay gec başlayacaq

Nigerdəki hərbi administrasiya ölkədə baş verən daşqınlar səbəbindən məktəb və universitetlərdə yeni tədris ilinin açılışını bir ay təxirə salıb.

Bakıvaxtı.az xəbər verir ki, hökumətdən verilən açıqlamada yeni tədris ilinin oktyabrın 28-də başlayacağı bildirilib.

Bildirilib ki, daşqınların təsirinə məruz qalan bəzi təhsil müəssisələrində binalarının zədələnməsi və ya su basması səbəbindən sinif otaqları istifadəyə yararsız hala düşüb.

Qeyd edək ki, Nigerdə ​​iyun ayından bəri baş verən daşqınlarda 285 nəfər ölüb.

Əli Hüseynov


SON XƏBƏRLƏR