• Bakı C

    14.81 m/s

  • USD - 1.7

    EUR - 2.0022

    RUB - 2.1715

Nigeriyada Yeni il şənlikləri zamanı silahlı hücum - 9 nəfər həlak oldu
DÜNYA
01 Yanvar 2026 | 23:28

Nigeriyada Yeni il şənlikləri zamanı silahlı hücum - 9 nəfər həlak oldu

Nigeriyanın Plateau ştatında Yeni il şənlikləri zamanı baş verən silahlı hücum nəticəsində doqquz nəfər həlak olub, çoxlu sayda insan yaralanıb və bir neçə nəfər qaçırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Vvanga rayonunun katibi İliya Çunq bildirib.

O qeyd edib ki, dünən Yeni il şənlikləri zamanı Plateau ştatının Vvanga bölgəsində naməlum şəxslər silahlı hücum həyata keçiriblər.

Çunq bildirib ki, hücumda qadın və uşaqlar da daxil olmaqla doqquz nəfər həlak olub, çoxlu sayda insan yaralanıb.

Plateau ştatının polis sözçüsü Alabo Alfred əlavə edib ki, təhlükəsizlik qüvvələri hadisə yerinə cəlb edilib və qaçırılanları xilas etmək üçün çalışır.

Əlavə edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də Boko Haram və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP kimi terror təşkilatlarının hücumları ilə üzləşir.

Adam oğurluğu ölüm cəzası ilə cəzalandırılsa da, ölkədə pul müqabilində adam oğurluğu tez-tez baş verir.

Silahlı şəxslər adətən ölkədəki kəndləri, məktəbləri və turistləri hədəfə alaraq qarşılıq tələb edirlər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

01 Yanvar 2026