• Bakı 29° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Nuranə on il əvvəl də bənzər hadisədə xəsarət alıbmış - VİDEO
CƏMİYYƏT
09 Iyul 2025 | 08:37

Nuranə on il əvvəl də bənzər hadisədə xəsarət alıbmış - VİDEO

Xəbər verdiyimiz kimi, 36 yaşlı Nuranə Məcidova Siyəzəndə Beşbarmaq dağında paraşütlə uçarkən qayaya çırpılaraq faciəli şəkildə ölüb.

Bakıvaxtı.az xəbər verir ki, paraşüt idmanı üzrə təlimatçı Oktay Qasımov bildirib ki, N.Məcidova uçuş zamanı digər pilotlarla birlikdə olub:

“Aralarında müəyyən məsafə var idi. Hadisəni görüblər və dərhal yaxınlaşıblar. Təəssüf ki, artıq gec idi. On il əvvəl də buna bənzər bir hadisə yaşamışdı, lakin o zaman yüngül xəsarət almışdı. Bir müddət fasilə vermişdi, sonra yenidən bu idmanla məşğul olmağa başlamışdı”.

Təlimatçının sözlərinə görə, Nuranə Məcidovanın yeddi yaşlı övladı var idi.

Ətraflı Baku TV-nin süjetində:


SON XƏBƏRLƏR