• Bakı 23° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların SON DURUMU

HADİSƏ

09 Iyul 2025 | 10:58

Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların SON DURUMU

09.07.2025-ci il tarixində saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.

"Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır",- deyə TƏBİB-dən məlumat verilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR