• Bakı 23° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Skoliozun erkən əlamətləri və müalicə yolları – Aytən Musayeva açıqladı

CƏMİYYƏT

09 Iyul 2025 | 15:10

Skoliozun erkən əlamətləri və müalicə yolları – Aytən Musayeva açıqladı

Skolioz 10–15 yaş arasında aşkar edilir, lakin bəzən daha erkən yaşlarda da görünə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevt- reabilitoloqu Aytən Musayeva deyib.

Onun sözlərinə görə, valideynlər çiyinlərin bərabər olmamasından, beldə asimmetriyadan, kürəyin bir tərəfində qabartı olanda skoliozdan şübhələnə bilərlər.

Reabilitoloq qeyd edib ki, müalicə zamanı skaliozun növünə, dərəcəsinə görə həkim tərəfindən idman növləri təyin edilir:

"Biz konkret olaraq müəyyən idmanı edin demirik. Əvvəlcə özümüz onlara etdirib, öyrənməsinə şərait yaradırıq. Sonra növbəti həkim qəbulunadək evdə həmin hərəkətləri etməsini tapşırırıq. Amma bu hərəkətlər mütləq mütəxəssis tərəfindən təyin edilməlidir".

Mina Mikayılova


SON XƏBƏRLƏR