• Bakı 28° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Nuranə hadisə zamanı tək olmayıb - TƏLİMÇİ DANIŞDI - ARTIQ GEC İDİ...

HADİSƏ

09 Iyul 2025 | 09:27

Nuranə hadisə zamanı tək olmayıb - TƏLİMÇİ DANIŞDI - ARTIQ GEC İDİ...

Siyəzən rayonunda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, iyulun 7-də Beşbarmaq dağında paraşütlə tullanma zamanı Bakı şəhər sakini, 36 yaşlı Nuranə Məcidova qayaya çırpılaraq həyatını itirib.

Onun həvəskar paraşütçü olduğu bildirilir.

Paraşüt idmanı üzrə təlimatçı Oktay Qasımov bildirib ki, N.Məcidova uçuş zamanı digər pilotlarla birlikdə olub:

"Aralarında müəyyən məsafə vardı. Hadisəni görüblər və dərhal yaxınlaşıblar. Təəssüf ki, artıq gec idi. On il əvvəl də buna bənzər bir hadisə yaşamışdı, lakin o zaman yüngül xəsarət almışdı. Bir müddət fasilə vermişdi, sonra yenidən bu idmanla məşğul olmağa başlamışdı".

Təlimatçının sözlərinə görə, Nuranə Məcidovanın yeddi yaşlı övladı var idi:

"Əlindən gələni edirdi ki, uşağı yaxşı təhsil alsın. Arzusu var idi, bu il Türkiyənin Fethiye bölgəsinə gedərək Babadağda uçuş etmək istəyirdi. Təəssüf ki, qismət olmadı".

Ətraflı Baku TV-nin süjetində:


SON XƏBƏRLƏR