Rusiya qoşunları Donetsk istiqamətində Tolstoy yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Həmçinin qeyd edilir ki, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukrayna hərbi aerodromlarına qrup şəklində (o cümlədən “Kinjal” raketləri ilə) zərbə endirib.
Nazirliyin məlumatına görə, bütün təyin olunmuş hədəflər vurulub.