• Bakı 27° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Zirə Türkiyə klubunu məğlub edib
İDMAN
09 Iyul 2025 | 21:21

"Zirə" Türkiyə klubunu məğlub edib

Yeni mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Zirə” növbəti yoxlama matçını keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Ankara Keçiörengücü” ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı təmsilçisini qələbəsi ilə yekunlaşıb - 2:1. "Qartallar"ın qollarını 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batie vurublar.

Qeyd edək ki, "Zirə" daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub.


SON XƏBƏRLƏR

09 Iyul 2025