• Bakı 23° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Öcalan PKK-ya yeni çağırış edəcək
DÜNYA
08 Iyul 2025 | 14:52

Öcalan PKK-ya yeni çağırış edəcək

PKK terror təşkilatının lideri Abdullah Öcalanın kürd yaraqlılarını bir daha silahı yerə qoymağa çağıracağı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, “Hürriyet” qəzetinin məlumatına görə, Öcalan 48 saat ərzində silahı yerə qoyması gözlənilən PKK-ya növbəti çağırış edəcək.

Öcalanın “Bir an əvvəl mexanizmlər qurulsun, silahları yerə qoyun” deməsi gözlənildiyi öyrənilib.

MHP sədri Dövlət Baxçalı 2024-cü il oktyabrın 22-də “İmralı prosesi”nə start verib. Bahçelinin terror təşkilatı PKK-nın lideri Öcalanı silahlaı buraxmağa çağırması ilə başlayan proses DEM Partiyasının İmralı Heyətinin yaradılması ilə davam edib.

Proses ən kritik mərhələyə çatıb. Terror təşkilatı Öcalanın çağırışı ilə dağılmaq qərarına gəlsə də, silahların fiziki olaraq nə vaxt yerə qoyulacağı maraqla qarşılanıb.

Terror təşkilatının silahları İraqın Süleymaniyyə şəhərində təhvil verəcəyi öyrənilib. MİT-in koordinasiyasında həyata keçiriləcək əməliyyatda alınacaq silahların yandırılaraq məhv ediləcəyi öyrənilib. Silah qoyma mərasimi canlı yayımlanmayacaq və mətbuat mənsubları ora buraxılmayacaq.


SON XƏBƏRLƏR