• Bakı 23° C

    7.17 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Ohanyan haqda başqa yerə getməmək qətimkan tədbiri seçildi
DÜNYA
08 Iyul 2025 | 19:55

Ohanyan haqda başqa yerə getməmək qətimkan tədbiri seçildi

Ermənistan sabiq müdafiə naziri Seyran Ohanyan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

S. Ohanyana qarşı Ermənistan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham irəli sürülüb: vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, çirkli pulların yuyulması və gəlir bəyannaməsində yalan məlumatlar təqdim etmək.

Qeyd edək ki, ötən gün Ermənistan parlamenti Ohanyanı deputat toxunulmazlığından məhrum edib.


SON XƏBƏRLƏR

08 Iyul 2025