• Bakı 24° C

    13.18 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Pakistan Ordusu iki terrorçunu zərərsizləşdirib
DÜNYA
29 Iyun 2025 | 22:50

Pakistan Ordusu iki terrorçunu zərərsizləşdirib

Pakistan Ordusu Bəlucistan əyalətində keçirdiyi antiterror əməliyyatı zamanı azı iki yaraqlını məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam Respublikasının Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb.

Məlumata görə, iyunun 28-də Pakistan hərbçiləri Duki dairəsini ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Hindustan” qruplaşmasının yaraqlıları olub. Qarşıdurma zamanı iki terrorçu məhv edilib, daha iki silahlı isə saxlanılıb.

Xidmət bildirib ki, hərbçilər arasında itki yoxdur.


SON XƏBƏRLƏR

29 Iyun 2025