“Arayik Harutyunyan dedi, Ermənistanın rəhbərliyinə çatdırmalısınız və xahiş etməlisiniz ki, əlindən gələn hər şeyi etsin ki, bu müharibəni dayandırsın. Bu, təkcə Arayik Harutyunyanın xahişi deyildi, bir çox adamlar yaxınlaşıb bizdən xahiş edirdi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu təqsirləndirilən şəxs Arkadi Qukasyan Baş Prokurorluğun dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən deyib.
O, 2020-ci ildə Bako Sahakyanla birlikdə Arayik Harutyunyanla bunkerdə görüşdüyünü də söyləyib.
Təqsirləndirilən şəxs oktyabrın 18-20-də B.Sahakyanla birlikdə İrəvana gedərək Baş nazir Nikol Paşinyanla görüşdüyünü, ona xahişi çatdırdıqlarını deyib:
“Ondan xahiş etdik ki, əlindən gələni etsin ki, bu müharibəni dayandırsın”.