• Bakı 15° C

    16.37 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaralardan da çıxacaq
DÜNYA
26 Oktyabr 2025 | 16:33

PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaralardan da çıxacaq

PKK terror təşkilatı İraqın Türkiyə ilə sərhəddə Zap və Metina bölgələrindəki düşərgə və mağaralardan da çıxacaq.

Bakıvaxtı.az NTV-yə istinadən xəbər verir ki, bu barədə PKK nümayəndələrinin İraqın şimalında yaydığı açıqlamada bildirilib.

Qeyd olunur ki, sərhəd bölgələrində münaqişə riski yaradan mümkün təxribatlara şərait yaradan mövqelərdə də oxşar addımlar atılır.

Həmin ərazilər Türkiyə Silahlı Qüvvələrinin 2019-cu il mayın 27-dən etibarən fəal hərbi əməliyyatlar apardığı yerləri də əhatə edir.

Qeyd edək ki, daha əvvəl PKK Türkiyədən tamamilə çıxdığını bildirib.


SON XƏBƏRLƏR

25 Oktyabr 2025