• Bakı 24° C

    12.15 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Putin Pezeşkianla telefon danışığı aparıb - YENİLƏNİB
SİYASƏT
25 Avqust 2025 | 16:42

Putin Pezeşkianla telefon danışığı aparıb - YENİLƏNİB

"3+3" formatında danışıqlar Cənubi Qafqazda problemlərin həllində effektiv mexanizm olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

"İran və Rusiyanın iştirakı ilə "3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran - red.) danışıqlar regionun problemlərinin həlli üçün daha effektiv və təsirli mexanizm olacaq", - o qeyd edib.

***

15:08

Rusiya Prezidenti Vladimir Putinin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı olub.

Bakıvaxtı.az Kremlə istinadən xəbər verir ki, Vladimir Putin Alyaskada keçirilən Rusiya-Amerika görüşünün əsas nəticələri barədə İran Prezidentinə məlumat verib.

Məsud Pezeşkian Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş diplomatik səyləri dəstəklədiyini bildirib.

İkitərəfli gündəliyin bir sıra aktual məsələləri, o cümlədən energetika və nəqliyyat sahəsi müzakirə olunub.

İranın nüvə proqramı ilə bağlı vəziyyətə və Cənubi Qafqaz regionunda hadisələrin inkişafına da toxunulub.

Vladimir Putin və Məsud Pezeşkian müxtəlif sahələrdə Rusiya-İran qarşılıqlı əlaqəsinin daha da artırılmasını və ŞƏT-in Çində keçiriləcək sammitinə dair fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR